2015-ci il oktyabr ayının 12-dən 18-dək şəki Bələdiyyəsi də “Yerli demokratiya həftəsi”ni keçirdi. Bu barədə bələdiyyədən daxil olan məlumatda bildirilir ki, oktyabrın 12-də şəki Bələdiyyəsində şəhərin bir neçə məhəllə komitə sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilmiş və tədbir iştirakçıları həftə ərzində görüləcək işlər barədə məlumatlandırılmışlar.
“Yerli demokratiya həftəsi” çərçivəsində şəki Bələdiyyəsi tərəfindən əhalini məlumatlandırmaq məqsədi ilə bələdiyyənin inzibati binasının qarşısında plakatlar yerləşdirilmiş, binanın birinci mərtəbəsindəki foyedə vətəndaşlardan daxil olan şikayət və təklif məzmunlu məktublar üçün qutu yerləşdirilmiş və bütün həftə “Açıq qapı” günləri elan edilmişdir. Eyni zamanda şəhərin bir sıra yerlərində “Yerli demokratiya həftəsində fəal iştirak edin”, “insan hüquqlqrı bələdiyyənin daha şəffaf fəaliyyətini şərtləndirir”, “Bələdiyyə - Vətəndaş, Vətəndaş Bələdiyyə əlaqələrini möhkəmləndirmək” kimi şüarlar yazılmış transparatlar asılmışdır. şəhər sakinləri ilə operativ əlaqələrin tamın edilməsi məqsədi ilə “Qaynar xərr” telefonu xidməti təşkil edilmiş və həmin telefona olunan zənglər qeyd olunmuş və cavablandırılmışdır.
Məlumatda daha sonra qeyd olunur ki, həftə ərzində şəki Bələdiyyəsinin rəhbərliyi və üzvləri tərəfindən 147 nəfər vətəndaş qəbul edilib. Eyni zamanda həftə ərzində bələdiyyə rəhbərliyinin şəhərin müxtəlif məhəllələrində əhali ilə görüşləri keçirilmişdir. Çələbixan, Nöyülbulaq, Primlər, Dağdibi, Dodu və Gəncəli məhəllərində keçirilmiş görüşlərdə ümumilikdə 937 nəfər şəhər sakini iştirak etmişdir. Bunlardan başqa, şəhərin yeni yaşayış massivlərində - 124-cü və 125-ci kvartallarında yaşayan sakinlərlə görüş keçirilmiş, onların əsasən yol, su və qaz problemlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.
Respublikamızda hər il keçirilən “Yerli demokratiya həftəsi” də şəki Bələdiyyəsinin vətəndaşlarla əlaqələrin daha da səmərəli qurulmasına və möhkəmlənməsinə müsbət təsir göstərmişdir.
Belediyye.info
|
|
|
|